Bakıda məşhur hotel yandı - FOTO

21:22 - 11 Mart 2022 - HADİSƏ

Bakıda məşhur hoteldə yanğın baş verib.

Hadisə Məmməd Araz küçəsində qeydə alınıb.
Sözügedən ünvanda yerləşən "Ramada Shamdan" hotelində yanğın hadisəsi baş verib.

Qeyd edək ki, sözügedən hotel tanınmış iş adamı Hafiz Məmmədova məxsusdur. Hoteldə baş verən yanğın söndürülüb.

Xatırladaq ki, hotel uzun müddətdir fəaliyyət göstərmir.

Məlumat üçün bildirək ki, “Ramada Baku” MMC-nin (VÖEN - 1501954131) qanuni təmsilçisi iş adamı Hafiz Məmmədovun oğlu Kənan Məmmədovdur. Şirkətin martın 11-nə olan tarixə görə dövlət büdcəsinə 62 min 71 manat 23 qəpik vergi borcu var.


Xəbər xətti