Azərbaycan Ordusunun hərbçisi avtomobil qəzasında öldü - RƏSMİ - FOTO

09:50 - 4 Mart 2022 - HADİSƏ

Martın 3-ü hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.


Xəbər xətti