Kamran Əliyev Almaniyaya səfər edib - FOTO

Yanvarın 27-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Almaniyaya işgüzar səfəri başlayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, ilk olaraq ölkəmizin Berlindəki səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra Baş prokuror Almaniya Ədliyyə Nazirliyinin dövlət katibi Angelika Şlunk ilə görüşüb. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, hüquqi və digər sahələrdə əlaqələrin inkişafının müsbət dinamikasından məmnunluq ifadə olunub.

Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə dövlət katibinə ətraflı məlumat verib.Həmçinin qurumlararası əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən cinayət işləri üzrə hüquqi yardım sahəsində qarşılıqlı fəaliyyət və ekstradisiya məsələləri müzakirə edilib.

Görüşdə ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov da iştirak edib.

Tarix
27 Yanvar 2022 [20:35]
Müəllif
Üç nöqtə
2022-01-27 20:35:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin