Cüdo üzrə Azərbaycan yığmasında kütləvi yoluxma baş verib

Qran-Pridə iştirak etmək üçün Portuqaliyanın Almada şəhərinə yollanan cüdo üzrə Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

"Report" "A Bola" nəşrinə istinadən xəbər verir ki, nümayəndə heyətinin 5 üzvündə infeksiya aşkarlanıb. Onların arasında məşqçi və idmançılar da var.

Həmçinin 9 nəfərin peyvənd olunmadığı iddia edilir.

Azərbaycan Cüdo Federasiyasından "Report"a bildirilib ki, məsələ ilə bağlı tezliklə rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, 28 - 30 yanvarda təşkil olunacaq Qran-pridə Azərbaycanı 13 cüdoçu təmsil etməli idi.

Tarix
27 Yanvar 2022 [16:45]
Müəllif
Üç nöqtə
2022-01-27 16:45:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin