Azərbaycanlı alim Rusiyada yüksək vəzifəyə təyin edildi

Onkologiyanın yüksək texnoloji sahələri üzrə aparıcı ekspert, tibb elmləri doktoru, tanınmış rusiyalı cərrah və koloproktoloq Rasim Təmrazov Tümendə Tibb Şəhərinin rəhbərliyinə gətirilib.

Bu barədə regional səhiyyə idarəsi məlumat yayıb.

Təmrazov 25 il ərzində Rusiya Federasiyası Səhiyyə Nazirliyinin N.N.Bloxin adına Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzində çalışıb. O, onkologiyanın yüksək texnologiyalı sahələrində aparıcı mütəxəssis səviyyəsinədək yüksələ bilib. Təmrzov həmçinin Rusiya Kolorektal Xərçəng Mütəxəssisləri Cəmiyyətinin yaradıcılarından biridir.

Onun rəhbərliyi altında həkimlər üçün praktiki nəşr hesab edilən “Kolorektal xərçəng üzrə qısa bələdçi”, eləcə də Böyük Britaniya və İrlandiya Koloproktoloqlar Assosiasiyasının Avropa klinik qaydalarına əlavə sayılan “Yoğun bağırsaq xərçənginin müalicəsi üçün tövsiyələr”inin rus dilli versiyası işıq üzü görüb.

Təmrazov rusiyalı cərrahlar, onkoloqlar, proktoloqlar üçün bir sıra təhsil proqramları və ustad dərsləri, həmçinin xərçəng xəstələri üçün bir sıra təlim proqramları hazırlayıb. Həkim 90-dan çox elmi əsərin müəllifidir.

2021-ci ildə həkim Təmrazov ən böyük tibb müəssisələrindən birinə rəhbərlik etmək və regionda onkoloji yardımın inkişafını davam etdirmək üçün Tümen vilayətinə dəvət olunub. O, yanvarın 24-dən etibarən çoxprofilli klinik tibb mərkəzi olan “Tibb Şəhəri”nin direktoru vəzifəsini icra etməyə başlayıb.///oxu.az

Tarix
26 Yanvar 2022 [18:45]
Müəllif
Üç nöqtə
2022-01-26 18:45:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin