Baxımsız vəziyyətdə yaşayan tənha qadın xəstəxanaya yerləşdirildi

Ötən gün Ağsunun Ərəbmehdibəy kəndində baxımsız, kimsəsiz vəziyyətdə yaşayan Əzəmət Mikayılova Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə APA-ya Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov məlumat verib.

O diqqətə çatdırıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinə xəbər daxil olduğu andan etibarən məsələ ilə bağlı lazımi proses başlanıb: “Vətəndaşın yaşadığı əraziyə səfər etdik. Yerində ilkin müayinə üçün əraziyə tibbi-həkim briqadası da dəvət olundu. Vətəndaş ilkin müayinəsi aparılaraq Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti nümayəndəsi və təcili tibbi yardım əməkdaşlarının iştirakı ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildi. Buradan isə onun səhhətində olan problemlər nəzərə alınaraq, aidiyyəti ixtisaslı tibb müəssisəsinə göndərildi. Əzəmət Mikayılova barəsində məlumat verən və o cümlədən onunla bağlı prosesdə iştirak edən aidiyyəti qurumların əməkdaşlarına təşəkkür edirik!”

 

Tarix
24 Yanvar 2022 [19:33]
Müəllif
Üç nöqtə
2022-01-24 19:33:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin