Ağstafada yol nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların birinin - 1991-ci il təvəllüdlü Röyal Kazımovun vəziyyətinin ağır olduğu bildirilir.
Tarix
23 Yanvar 2022 [19:24]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin