Sürücü avtobusda namaz qıldı - VİDEO

18:44 - 23 Yanvar 2022 - MARAQLI

Voronejdə 17 saylı avtobusun sürücüsü salonda namaz qılıb və bu anlar videoya düşüb.

Videoda kişinin arxa oturacaqda namaz qıldığı, salonda sərnişinlərin də olduğu görünür. Hadisə 17 saylı marşrutun sonuncu dayanacağında baş verib.

Sərnişinlər sürücünün namaz qıldığını tez-tez gördüklərini, lakin bunun adətən boş avtobusda baş verdiyini deyiblər. Lakin yanvarın 22-də Voronejdə hava soyuq olduğundan sürücü çöldə donmamaları üçün sərnişinləri tez içəri buraxıb.

​Video sosial şəbəkədə yayıldıqdan sonra nəqliyyat şirkətinin rəhbəri sürücüdən bunu bir daha təkrarlamamağı xahiş edib.

Xəbər xətti