Yoluxanların sayı 2 minə yaxınlaşır

17:41 - 23 Yanvar 2022 - Xəbər

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 697 yeni yoluxma faktı qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 633 731 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 612 292 nəfər müalicə olunaraq sağalıb, 8 610 nəfər vəfat edib, aktiv xəstə sayı 12 829 nəfərdir.

Ölkədə son sutka ərzində 8 851, hazırkı dövrədək isə 6 065 279 test aparılıb.

Xəbər xətti