“Bəyin oğurlanması” filminin məşhur aktyoru vəfat etdi – FOTO

14:02 - 23 Yanvar 2022 - Mədəniyyət

Rusiyanın əməkdar artisti, Vladimir Mayakovski adına Moskva Akademik Teatrın aktyoru Rəsmi Cəbrayılov 90 yaşında vəfat edib.

Bu barədə teatrın “Facebook” səhifəsində məlumat verilib.
Qeyd edək ki, Rəsmi Cəbrayılov 1932-ci il dekabrın 8-də Rusiyanın Dağıstan respublikasının Qasımkənd rayonunda anadan olub.

Rəsmi Cəbrayılov 1964-cü ildən Taqanka Teatrında çalışır. 2002-ci ildə Vladimir Mayakovski adına Moskva Akademik Teatrının truppasına daxil olub. Rəsmi Cəbrayılov 2019-cu ildə milli mədəniyyətin və incəsənətin inkişafındakı böyük xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

O, Azərbaycan kinosunda “1001-ci qastrol” (Qaranəfəs), “De ki, məni sevirsən!” (Rəsmi), “İşgüzar səfər” (Bayramov), “Nizami” (Zərgər), “Bəyin oğurlanması” (Əhməd dayı), “Alman klinikasına şəxsi səfər” və “Ölsəm, bağışla” (Həkim) filmlərində maraqlı obrazlar yaradıb.


Xəbər xətti