"Şuşa adını dəyişməkdənsə, o festivala tüpürüb, ..." - Deputat sərt danışdı

Xəbər verdiyimiz kimi Rusiyanın Soçi şəhərində keçirilən ŞHK (Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən komanda ermənilərin etirazından sonra Şuşa adını  "Buta” ilə əvəzləyib.

Ucnoqta.az xəbər verir ki, məsələ ilə bağlı Manset.az-a açıqlama verən Milli Məclisin deputatı  Aqil Abbas ölkəmizi təmsil edən komandanın belə addım atmasını sərt tənqid edib:

“Şuşa adının dəyişdirilməsinə münasibətim çox pisdir. O festivala tüpürüb, çıxıb gəlməliydilər. Vəssalam, bunun ayrı yolu yox idi. O, ad uğrunda neçə qəhrəman oğullarımız şəhid olub, neçəsi sağlamlığını itirib. Müşfiq Abbasov açıqlamasında Ruben Jaqinyan adlı şəxsin onlara tədbirin təşkilatçılarının komandanın adını dəyişdirməyi təklif etdiyini bildirdi. İstəyir Jugen olsun, ya Qurgen, fərqi yoxdur. Onların Şuşa adını dəyişdirməyə nə ixtiyarı var? Gözləməzdim Müşfiqdən!”

Qeyd edək ki, komandanın rəhbəri Müşfiq Abbasov Baku.tv-yə müsahibəsində bildirib ki, onların ikinci tura keçmələri üçün Şuşa adının dəyişdirilməsini tələb edib.

Tarix
23 Yanvar 2022 [13:26]
Müəllif
Üç nöqtə
2022-01-23 13:26:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin