Goranboyda maşın, Zaqatalada ev yandı

19:58 - 22 Yanvar 2022 - MAQAZİN

Goranboy rayonunun Qaradağlı kəndində ümumi sahəsi 48 m² olan avtomobil təmiri sexinin içərisində təmirə dayanan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Ucnoqta.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, sex yanğından mühafizə olunub.

Zaqatala şəhərində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın döşəməsi 20 m² sahədə yanıb, yüksək temperaturdan 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xəbər xətti