Tərtərdə dəmir yolu stansiyasından oğurluq edildi

11:47 - 22 Yanvar 2022 - HADİSƏ

Tərtər rayonunun Köçərli dəmir yolu stansiyasından oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 21-də Tərtər rayonunun Köçərli dəmir yolu stansiyası ərazisindən istifadəyə yararsız 6 ədəd rels altlığını, 15 ədəd kastil, 9 ədəd rels boltu və 3 ədəd nişan lövhəsini oğurlamaqda şübhəli bilinən Köçərli kənd sakinləri C. Hacıyev və əvvəllər məhkum olunmuş X. Hacızadə saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti