Yardımlıda avtomobil dərəyə aşdı - ölən və yaralananlar var

14:52 - 17 Yanvar 2022 - HADİSƏ

Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, yanvarın 16-sı saat 13 radələrində rayonun Şıxlar kəndi ərazisində Keçələkəran kənd sakini R.Qənbərov idarə etdiyi “Chevrolet” markalı avtomobili dərəyə aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən İlqar Əsədov hadisə yerində ölüb, sürücü və 2 sərnişin xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Yardımlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti