Smart kartlara pul yüklənməsi problemi HƏLL OLUNDU - RƏSMİ

Dünən Azərbaycanda aparıcı ödəmə terminallarından biri olan “E-manat”ın sistemində problem yaranıb. “Azəriqazın” smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi mümkün olmayıb.

Ucnoqta.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən “E-manat”ın marketinq üzrə mütəxəssisi Ayşən Həsənova bildirib ki, problem aradan tam qaldırılıb.
O qeyd edib ki, “E-manat” terminallarında problem 16 yanvar səhər saatlarından başlayıb və dünən gecə saatlarınadək davam edib:

“Dünən günün sonunda mütəxəssislərimiz terminallarda yaranan problemi aradan qaldırıblar. Müştərilər “E-manat” terminallarına yaxınlaşaraq Azəriqaz ödənişini bərpa edə bilər. Qeyd edək ki, yalnız Azəriqaz, smartkart və NFC kartlarda problem olub. Bildirişli ödənişlərdə heç bir problem olmayıb”, - deyə mütəxəssis bildirib.

Tarix
17 Yanvar 2022 [12:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-01-17 12:59:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin