Bu şəxslərin də maaşı artdı - Yanvarın 1-dən ...

12:12 - 17 Yanvar 2022 - Cəmiyyət

“İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 86 nömrəli Qərarında dəyişiklik edilib. 

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 890 manatdan 1070 manata qaldırılıb.

Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Xəbər xətti