Bakı və Sumqayıtda sulu qar yağıb - FAKTİKİ HAVA

10:16 - 17 Yanvar 2022 - Cəmiyyət

Yanvarın 17-si saat 10:00-a olan məlumata əsasən, cənub və şərq rayonlarında hava yağıntılı olub, sulu qar, qar, Sumqayıt və Bakıda sulu qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Lerikdə 15 mm, Qubada 14 mm, Astarada 8 mm, Şabran, Ordubadda 6 mm, Ləzə, Xaltan, Altıağacda 5 mm, Yardımlı, Qusar, Xaçmazda 4 mm, Lənkəranda 1 mm, Sumqayıtda 2 mm, Maştağa, Bakıda 1 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 30 sm, Ləzədə 21 sm, Qubada 20 sm, Lerikdə 19 sm, Qrızda 15 sm, Sarıbaşda (Qax) 14 sm, Şabran, Xaltan, Altıağacda 12 sm, Şahbuzda 8 sm, Daşkəsəndə 6 sm, Göygöl, Qusar, Naxçıvanda 5 sm, Xınalıqda 1 sm olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1-2 dərəcə isti, aran rayonlarında 1-4 dərəcə şaxta, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta, Naxçıvan MR-da 14 dərəcəyədək şaxta olub.

 

Xəbər xətti