Şəmkirdə yol qəzası olub, xəsarət alanlar var
15:49 - 16 Yanvar 2022 - HADİSƏ
Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Qaracəmirli kənd ərazisində qeydə alınıb.
Qəza nəticəsində 16 yaşlı N.Aslanov və daha bir nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar.
Hadisənin səbəbi araşdırılır.