Ermənilər “Bakcell”in əməkdaşını atəşə tutdu - FOTO

23:22 - 29 Dekabr 2021 - HADİSƏ

Bu gün qanunsuz erməni silahlı qruplaşmaları Ağdamda "Bakcell" əməkdaşına atəş açıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hadisə bu gün Ağdamın işğaldan azad edilmiş Yeddi xırman adlanan ərazisində qeydə alınıb.

Belə ki, ərazidə peşə fəaliyyəti ilə məşğul olan 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlu erməni silahlıları tərəfindən atəşə tutulub.

Nəticədə o, qolundan güllə yarası alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Onun həyatı təhlükəsinin olmadığı bildirilib.


Xəbər xətti