Xaçmazda ağır qəza: 6 maşın toqquşdu - ölən və yaralananlar var - FOTO

12:07 - 25 Dekabr 2021 - HADİSƏ

Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, rayonun girişində baş verən qəzada 6 maşın toqquşub.
Qəza nəticəsində bir nəfər Bakı şəhər sakini Samir İskəndərov hadisə yerində ölüb. 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbər xətti