Qaxda yol qəzasında Ucar sakini xəsarət alıb

Şəki-Qax avtomobil yolunun 24-cü kilometrliyində - Qax rayon ərazisindən keçən hissəsində yol qəzası baş verib.

APA-nın məlumatına görə, 1980-ci il təvəllüdlü, Sumqayıt şəhəri İnşaatçılar qəsəbə sakini Mayılov Mənsur Əliyulla oğlu idarə etdiyi “Toyota Avalon” markalı 99 EK 872 dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhəri istiqamətindən Şəki rayonu istiqamətində hərəkətdə olarkən, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan 1988-ci il təvəllüdlü, Qax rayonunun İlisu kənd sakini Abbasov Nicat Hamlet oğlunun idarə etdiyi “VAZ-21043 markalı 34 BH 142 dövlət qeydiyyat nişanlı avtomobilin sol orta hissəsindən vurub.

Qəza nəticəsində “Toyota Avalon” markalı avtomobilin salonunda olan sərnişin, 1984-cü il təvəllüdlü, Ucar rayonunun Bərgüşad kənd sakini Səfərəliyev Anar Şaxo oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayan Mərkəzi Xəstəxanasına müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
6 Dekabr 2021 [22:28]
Müəllif
Üç nöqtə
2021-12-06 22:28:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin