Bakıda yol polisi ilə "NİVA" sürücüsü arasında QARŞIDURMA - VİDEO

15:45 - 5 Dekabr 2021 - Xəbər

Bakının mərkəzində yol polisi əməkdaşları ilə minik avtomobili sürcüsü arasında qarşıdurma yaranıb. 

Ucnoqta.az xəbər verir ki, “Azure” yaşayış kompleksi yaxınlığında baş verən hadisə videoya çəkilib.  

Məlum olmayan səbəblərə görə, polis naryadı NİVA markalı avtomobili saxlayıb. Lakin onun sürücüsü maşından düşməyə etiraz edib.

Videodan göründüyü kimi, bir necə polis əməkdaşı sürücünü zorla maşından düşürüb xidməti avtomobilə yerləşdirmək istəyir. Sürücü ciddi müqavimət göstərib.

Hadisənin təfərrüatı haqda məlumat veriləcək.

Xəbər xətti