Xocavənddə zərərsizləşdirilən erməni təxribatçısının meyiti təhvil verildi - Foto

00:00 - 5 Dekabr 2021 - HADİSƏ

Azərbaycan dekabrın 3-də Xocavənd rayonunda Azərbaycan əsgərinə hücum edən Seyran Sarkisyanın meyitini Ermənistan tərəfinə təhvil verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Xatırladaq ki, Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb. Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.


Xəbər xətti