Lənkəranda evdə partlayış: 14 yaşlı yeniyetmə xəsarət alıb - FOTO

21:43 - 4 Dekabr 2021 - HADİSƏ

Lənkəranda evdə qaz sızması nəticəsində partlayış baş verib.

Hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran Şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdi 2007-ci il təvəllüdlü Orxan Əskərov hamam otağına daxil olduqdan sonra işığı yandıran zaman partlayış olub. Hadisə nəticəsində O. Əsgərov ağır dərəcəli yanıq xəsarətləri alıb.

Yeniyetməyə ilkin tibbi-yardım göstərildikdən sonra təcili-tibbi yardım vasitəsi ilə Bakı şəhərinə gətirilərək 5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib.///apa


Xəbər xətti