Maaşlardan tutulan icbari tibbi sığorta haqqı artırılır

16:04 - 2 Dekabr 2021 - Cəmiyyət

2022-ci ildən əmək haqqından icbari tibbi sığorta üçün tutulacaq məbləğ artırılacaq.

Ucnoqta.az xəbər verir ki, 2021-ci ildə 1 faiz olan icbari tibbi sığorta haqqı növbəti ildən 2 faizə çatdırılacaq.
2022-ci ildən minimum əmək haqqının 300 manata çatdırılacağı gözlənilir. Bu məbləğdə olan maaşlardan icbari tibbi sığortaya görə tutulma 6 manata yüksələcək.

Ümumi tutulacaq məbləğ isə 23,5 manat olacaq. Rəsmi maaşı 300 manat olan şəxslər hər ay 276,5 manat əldə edəcəklər. Tutulmaların 16 manatı "pensiya fondu”na ödənişə, 6 manatı icbari tibbi sığorta haqqına, 1,5 manatı işsizlikdən sığorta haqqına ayrılacaq.///axar.az

Xəbər xətti