Şəmkirdə avtomobil piyadanı vurub

21:01 - 1 Dekabr 2021 - HADİSƏ

Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Seyfəlli kəndində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili kənd sakinini vurub. Piyada xəstəxanaya yerləşdirilib, onun şəxsiyyəti dəqiqləşdirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti