Göyərtəsində 50 nəfərin olduğu gəmi batdı - onlarla insan ölüb

20:37 - 1 Dekabr 2021 - HADİSƏ

Nigeriyanın Kano əyaləti sahillərində Baqvay çayında gəmi batıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, çaydan 20 nəfərin meyiti çıxarılıb.

Gəmi həddindən artıq yüklənmə səbəbindən batıb.

Axtarış-xilasetmə tədbirləri nəticəsində 7 nəfər xilas edilib.

İtkin düşən sərnişinlərin axtarışları davam edir.

Gəmidə təxminən 40-50 nəfərin olduğu təxmin edilir.

Xəbər xətti