Bakıda avtomobildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, noyabrın 24-də Nərimanov rayonu ərazisində “Mercedes” avtobmobildən 10.000 manat pul və sənəd oğurlanıb.
Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Qobustan rayon sakini Z.Şirinov və Qubadlı rayon sakini R.Camalov saxlanılıblar.
Tarix
1 Dekabr 2021 [17:55]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin