Almaniya səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib

Almaniya səfiri Volfqanq Maniq Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus hərbi helikopterin qəzaya uğraması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.

“Hörmətli cənab Prezident!
Böyük bir kədər hissi ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olması xəbərini aldım. Mühüm xidməti vəzifələrini yerinə yetirərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının itkisinə görə dərin hüznlə öz başsağlığımı Sizə bildirmək istəyirəm. Fikirlərimiz həmçinin həlak olanların ailələriylədir”, - diplomat vurğulayıb.

Səfir Azərbaycan xalqına, eləcə də həlak olanların ailələrinə və yaxınlarına, habelə DSX-nın rəisi general-polkovnik Elçin Quliyevə də başsağlığı verib.

Tarix
1 Dekabr 2021 [16:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-12-01 16:19:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin