Bakıda çirkli paltarda olan şəxs metroya buraxılmadı - AÇIQLAMA

Bakıda polis köhnə nimdaş paltarda və üstü çirkli olan vətəndaşı metroya buraxmayıb.

Ucnoqta.az xəbər verir ki, hadisənin şahidi olan Lent.az-ın əməkdaşı xəbər verir ki, bu gün səhər saatlarında “28 May” metrostansiyasında köhnə və çirkli geyimdə olan orta yaşlı kişi metroya buraxılmayıb.
Stansiyada xidmət aparan polis əməkdaşları onu bu çirkli geyiminə görə metroya buraxa bilməyəcəklərini deyərək, ərazini tərk etməli olduğunu bildiriblər. Bu səbəbdən yaşlı kişi də metrodan istifadə edə bilməyib.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov o cür geyimdə olanların metroya buraxılmaması haqqında qanun olduğunu deyib:

“Bu haqda qanun var. Ölçüsü böyük olan əl əşyası digər şəxslərə mane olursa, üst geyim çirklidirsə, vətəndaşlar metroya buraxılmır. Bu barədə qanunu Nazirlər Kabineti təsdiq edib.”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə bu hadisədə polisin heç bir hüquqazidd addım atmadığını dilə gətirib:

“Polisin hərəkətlərində heç bir hüquqazidd addım yoxdur. Polis metroda müəyyən olunan qayda və təlimatlar əsasında fəaliyyət göstərir. Sərnişinlərin geyimlərini və ya salonunu çirkləndirə biləcək paltarda olmaq və ya çirkli əl yükünü aparmaq qadağandır”.

Tarix
1 Dekabr 2021 [15:15]
Müəllif
Üç nöqtə
2021-12-01 15:15:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin