Qəzadan 15 dəqiqə əvvəl... - FOTO

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində hərbi qulluqçularımız həlak olub.

Ucnoqta.az qafqazinfo-ya istinadla xəbər verir ki, həlak olanlardan mayor Əliyev Emil Elman oğlu hadisədən 15 dəqiqə əvvəl helikopterdə çəkilmiş fotolarını yaxın qohumuna göndərib, təlimdə olduğunu bildirib. E.Əliyev uçuşun idarəedilməsi məntəqəsinin rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, iki nəfər yaralanıb. 

Tarix
30 Noyabr 2021 [21:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-11-30 21:16:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin