Ərdoğan İlham Əliyevə başsağlığı verdi

Noyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat verib.  

Türkiyə Prezidenti helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbr diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb.

Azərbaycan Prezidenti başsağlığına görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.


XXX

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi helikopterin qəzaya uğraması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Türkiyə dövlət başçısı Prezident İlham Əliyevə hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərlə bağlı başsağlığı verib.

Tarix
30 Noyabr 2021 [20:14]
Müəllif
Üç nöqtə
2021-11-30 20:14:57
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin