DİN-dən Göyçayda qəzaya düşən polislərlə bağlı - AÇIQLAMA - FOTO

23:40 - 28 Noyabr 2021 - HADİSƏ

Göyçay rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan açıqlama verilib. 

Qrupun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov APA-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, bu gün axşam saatlarında Göyçay Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Məzahir Mirzəliyev "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb və aşıb.  

Nəticədə avtomobildə olan sərnişin polis serjantı, Rayon Polis Şöbəsinin əməkdaşı Murad Babayev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Sürücü Məzahir Mirzəliyev isə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qiymətləndirilir. 

Yol-nəqliyyat hadisəsi polis əməkdaşlarının xidmətdə olmadıqları vaxt baş verib.

Faktla bağlı araşdırma aparılır.


XXX

Göyçay rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 21:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini Məzahir Mustafayev "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü Məzahir Mustafayev xəsarət aldığı üçün xəstəxanaya aparılıb, onun sərnişini Murad Babayev hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, ölən və xəsarət alan hər iki şəxs Göyçay Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşıdır.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbər xətti