Qiyabi təhsil alan tələbələrə kredit verilməməsinin səbəbi açıqlandı

17:21 - 26 Noyabr 2021 - Cəmiyyət

Təhsil nazirinin müavini İdris İsayev qiyabi təhsil alan tələbələrə təhsil tələbə kreditinin verilməməsinin səbəbini açıqlayıb.

Nazir müavini deyib ki, əyani təhsil alan tələbələrin əmək bazarına çıxışı mümkün olmur: “Ancaq qiyabi təhsil alan tələbələrin əmək bazarına çıxmaq və öz təhsil haqqını ödəmək imkanı var. 266 min tələbədən yalnız 13-15 min tələbə qiyabi təhsil alır ki, bu da böyük rəqəm deyil”.

 

Xəbər xətti