Operativ Qərargah bu qadağanı ləğv etdi - Foto

19:35 - 24 Noyabr 2021 - Xəbər

Nazirlər Kabineti yanında Operativ Qərargah daha bir qapalı zalda yarışın keçirilməsinə icazə verib.

Bakı Su İdmanı Sarayından verilən xəbərə görə, noyabrın 26-da üzgüçülük üzrə Azərbaycan çempionatı start götürəcək.

3 gün davam edəcək yarış Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə gerçəkləşəcək.

Su İdmanı Sarayında baş tutacaq çempionata saat 17:00-da start veriləcək.

Qeyd edək ki, dünən güləş üzrə Azərbaycan çempionatının 7-9 dekabr tarixlərində keçiriləcəyi məlum olmuşdu.///oxu.az


Xəbər xətti