Dünyanın ilk düşünən robotu hazırlanıb - Foto

Yapon alimləri divarları və maneələri keçə bilən dünyanın ilk düşünən robotunu yaradıblar. 

Ucnoqta.az xəbər verir ki, Tokio Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan robot laboratoriyada yetişdirilən neyronlara malikdir və hüceyrələr elektriklə stimullaşdırıldıqda maşın kiçik labirintdə uğurla hərəkət edə bilir. Tədqiqatçılar bildiriblər ki, “fiziki rezervuar hesablaması” adlı texnika robota beyin dalğalarını anlamağa və maneələri dəf etməyə imkan verir. Bununla belə, ilk düşünən robotda beyin hüceyrələrindən gələn siqnallar labirintdə hərəkət edərkən ətraf mühitə dair məlumat ötürüb. Eyni zamanda, süni intellektə malik robotun alqoritmi onu yanlış istiqamətə çevirən zaman neyronlar tərəfindən stimullaşdırılıb. Təxminən 7,5 santimetr diametrdə və 5 metr hündürlüyündə olan robotun insanlar kimi düşünən və iradə gücünə malik maşınlar dövrünə qapı açdığı bildirilir. Digər tərəfdən, hazırda insanların gördüyü işlərin əksəriyyətini robotların 50 ildən sonra görəcəyi təxmin edilir./sia.az

Tarix
28 Oktyabr 2021 [00:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-28 00:16:19
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin