Dünyanı ən çox çirkləndirən şirkətlər seçilib – TOP 10-luq

21:08 - 27 Oktyabr 2021 - Cəmiyyət

2021-ci ildə “Coca-Cola”, “PepsiCo” və “Unilever” planeti ən çox şirkətlər reytinqində lider olublar. Qeyd edək ki, hər il minlərlə könüllü planeti ən çox çirkləndirən şirkətləri müəyyən etmək üçün onlarla ölkədə su hövzələrinin sahillərində araşdırma aparır.

Ucnoqta.az Banker.az-a istinadən xəbər verir ki, bu il tədqiqatda 45 ölkədə su anbarlarının sahillərini tədqiq edən 11 min könüllü iştirak edib. #Breakfreefromplastic hesabatına görə, “Coca-Cola” məhsullarının tullantıları dünyanın 39 ölkəsində tapılıb. Dünyanı ən çox çirkləndirən ölkələr siyahısında ikinci və üçüncü yeri “PepsiCo” və “Unilever” tutub.

Onlardan başqa ilk beşliyə həmçinin “Nestle”, “Procter & Gamble”, “Mondelez”, “Philip Morris”, “Danone”, “Mars” və “Colgate-Palmolive” daxil olub. Bu şirkətlər təkcə plastik çirklənməni deyil, həm də iqlim böhranını da şiddətləndirir.

“Greenpeace”ə görə plastik çirklənməyə görə ilk onluqda olan bütün markalar (“Philips Morris” istisna olmaqla) qablaşdırma üçün plastiki “Aramco”, “Total”, “Exxon” və “Shell” kimi iri neft şirkətlərini təchiz edən zavodlardan alır.
2021-ci ilin iyulunda quru və okeanların birgə temperaturu son 142 ildə pik həddə çatıb – 16.7 °C. BMT-nin proqnozuna görə, 2030-cu ilə qədər havanın temperaturu daha 1.5 °C artacaq ki, bu da ekstremal hava hadisələrinə səbəb olacaq.

Xəbər xətti