Ev əşyalarını balkondan tullayan qadın müalicə mərkəzinə yerləşdiriləcək - DİN-dən AÇIQLAMA - VİDEO

Ev əşyalarını balkondan tullayan 1978-ci il təvəllüdlü qadın Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həkim nəzarəti ilə idarəyə dəvət olunub.

Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bu barədə Ucnoqta.az-a məlumat verib.

Məlumatda deyilir ki, hazırda onun müvafiq müalicə mərkəzinə yerləşdirilməsi ilə bağlı iş aparılır:

“Yaxın dəqiqələrdə ixtisaslaşmış həkim briqadasına təhvil veriləcək. Bu barədə qohumları məlumatlandırılıb. Qadın həmin ünvanda tək yaşayıb, heç bir təzyiqə və zorakılığa məruz qalmayıb”.


XXX

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, sözügedən ərazidə baş verən hadisə ilə bağlı hüquqi tədbirlər görülür.

18:58

Abşeronda qadın evdəki əşyaları eyvandan həyətə atır.

Oxu.Az-ın məlumatına görə, hadisə Abşeronda Gənclər şəhərciyində baş verib. 

Məlumata görə, çoxmərtəbəli binada yaşayan qadın evdəki əşyaları küçəyə ataraq binanın yaxınlığından keçən şəxslərə təhlükə yaradır. 

Hadisə şahidlərinin sözlərinə görə, bu gün qadının atdığı əşyalardan biri kiminsə üzərinə düşüb və əraziyə aidiyyəti üzrə polis əməkdaşları çağrılıb. 

İlkin məlumatlara görə, qadının ciddi psixi problemləri var. Qadın binaya yaxınlaşanları övladlarını pəncərədən atmaqla hədələyir.

 

Tarix
27 Oktyabr 2021 [22:12]
Müəllif
Üç nöqtə
2021-10-27 22:12:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin