Bu gün şəhid polkovnik-leytenantın anım günüdür - Foto

18:30 - 27 Oktyabr 2021 - Cəmiyyət

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Miriyev Telman Mirbaba oğlunun anım günüdür.

Ucnoqta.az xəbər verir ki, Telman Miriyev 19 iyul 1981-ci ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. 

Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən polkovnik-leytenant Aprel döyüşlərinin iştirakçısı olub. O,  Lələtəpənin azad olunması əməliyyatlarına rəhbərlik edib.

XTQ zabiti Telman Miriyev 2016-ci il oktyabrın 27-də hərbi poliqonda praktiki məşqlər zamanı həlak olub.

Mərhum doğulub boya-başa çatdığı Cəlilabad rayonunda torpağa tapşırılıb. 


Xəbər xətti