Koronavirusa yoluxan sabiq icra başçısından xəbər var

11:59 - 27 Oktyabr 2021 - Xəbər

Koronavirusa yoluxaraq Mərkəzi Gömrük Hospitalına köçürülən İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin səhhəti yaxşılaşıb.

Ədliyyə Nazirliyindən Ucnoqta.az-a bildirilib ki, vəzifə cinayətlərinə görə həbs olunmuş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev bir müddət əvvəl koronavirus xəstəliyinə yoluxduğundan o, Gömrük Hospitalında yerləşdirilərək orada müalicə alıb. Artıq V.Hacıyev, tam sağalaraq penitensiar sistemə geri qaytarılıb.

Xəbər xətti