Bəşər tarixinin ən varlı adamının adı açıqlanıb

“Forbes” bazar ertəsi “Tesla”nın səhmlərinin qiymətlərinin artması fonunda sərvəti 270 milyard ABŞ dollara çatan İlon Maskı tarixin ən varlı adamı elan edib. Ucnoqta.az xəbər verir ki, “Tesla”nın səhmləri bazar ertəsi şirkətin Hertz ilə distribütor parkına 100 000 elektrik avtomobilinin tədarükü ilə bağlı razılaşma xəbərləri fonunda təxminən 13 % bahalaşıb. Eyni zamanda “Tesla”nın kapitallaşması 1 trilyon dolları ötüb. Nəşrin hesablamalarına görə, bazar ertəsi “Tesla” rəhbərinin sərvəti cümə günü 41,7 milyard dollar artaraq 271,3 milyard dollar təşkil edib. “Forbes Real-Time”sın məlumatına görə, hazırda Maskın sərvəti 257,6 milyard dollar təşkil edir. Qəzet qeyd edib ki, bu, “Forbes”in 1982-ci ildə hesablamalara başladığından bu günə kimi ən yüksək göstəricidir. Bundan əvvəl “Amazon” şirkətinin qurucusu Ceff Bezosun sərvəti 212 milyard dollara çatanda o, tarixin ən zəngin adamı sayılırdı. Qeyd edək ki, Amerikanın “Tesla Motors” şirkəti 2003-cü ildə elektrik avtomobilləri və onunla bağlı texnologiyaların istehsalçısı kimi təsis edilib.
Tarix
27 Oktyabr 2021 [08:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-27 08:13:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin