Tovuzda evdən 8 500 manat oğurlanıb - FOTO

Tovuz rayonunda oğurluq hadisəsi olub.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Belə ki, Tovuz Rayon Polis Şöbəsinə rayon sakininə məxsus fərdi yaşayış evindən naməlum şəxs və ya şəxslərin oğurluq etməsi barədə məlumat daxil olub. Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar həyata keçirib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləi nəticəsində məlum olub ki, rayonun Bozalqanlı kənd sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədov oktyabr ayının 22-də fərdi yaşayış evinə qeyr-qanuni yolla daxil olaraq oradan 8 500 manat nağd pul oğurlayıb.

Şübhəli şəxs maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Tarix
25 Oktyabr 2021 [11:45]
Müəllif
Üç nöqtə
2021-10-25 11:45:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin