Taksi sürücüsünün məktəbli qıza təcavüzə cəhd etməsi ilə bağlı cinayət işi açılıb

15:37 - 22 Oktyabr 2021 - HADİSƏ

Füzuli rayon sakini olan taksi sürücüsünün Beyləqan rayonu ərazisində azyaşlı qıza təcavüzə cəhd etməsi ilə əlaqədar cinayət işi açılıb. 

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, bununla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb: "Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumatlara görə, Beyləqan rayonu ərazisində taksi sürücüsü 8-ci sinif şagirdi olan məktəbli qıza təcavüz etməyə cəhd edib. Buna cavab olaraq qızın yaxınları taksi sürücüsünü döyərək lentə alıb. Həmin videogörüntülər sosial şəbəkələrdə yayıb.

Xəbər xətti