"Qarabağ"dan əzmkar qələbə

22:40 - 21 Oktyabr 2021 - İDMAN

"Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyununu keçirib. Ucnoqta.az xəbər verir ki, Ağdam təmsilçisi Qazaxıstan "Kayrat"ını qəbul edib. 19-cu dəqiqədə penalti qolu ilə hesabda geri düşən ağdamlılar son dəqiqələrdə nəinki məğlubiyyətdən qaça bilib, hətta qələbə də qazanıb. Əvvəlcə 79-cu dəqiqədə Ramil Şeydayev status-kvonu bərpa edib. Final fiti ərəfəsində isə Abbas Hüseynov komandamıza 3 xalı qazandıran qola imza atıb. Əzmkar qələbə sayəsində xallarının sayını 7-yə yüksəldən “Qarabağ” liderliyini davam etdirir. Qeyd edək ki, “Qarabağ” 4-cü turda da “Kayrat”la qarşılaşacaq. Görüş noyabrın 4-də Qazaxıstanda olacaq.

Xəbər xətti