Vilayət Eyvazov kapitana yüksək vəzifə verdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Səttar Əliyev Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə şöbə rəisi təyin edilib.

O, bu təyinata qədər həmin idarədə baş əməliyyat müvəkkili kimi çalışıb.
Qeyd edək ki, bir müddət əvvəl Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovniki Mahir Məmmədov vəzifəsindən azad edilərək, həmin idarəsinin rəis müavini təyin edilib.

Tarix
20 Oktyabr 2021 [13:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-20 13:48:53
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin