Rusiyada COVID-19-a görə bir həftəlik tətil elan olunması təklif edilir

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar bir həftəlik tətil elan olunması təklif edilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu təkliflə Rusiya Baş nazirinin müavini Tatyana Qolikova çıxış edib.

O, oktyabrın 30-dan noyabrın 7-nə kimi qeyri-iş günü elan olunmasını təklif edib.
Qeyd edək ki, Rusiyada koronavirusla bağlı vəziyyət gərginləşib. Son sutka ərzində koronavirusa 33 mindən çox yoluxma halı qeydə alınıb. Virusdan ölənlərin sayında isə pandemiya dövründə ən maksimum göstərici qeydə alınıb. Belə ki, son sutka ərzində 1015 nəfər koronavirusdan ölüb.

Tarix
19 Oktyabr 2021 [16:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-19 16:12:57
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin