Xocavənd görüşü

Cari ilin 9 oktyabr tarixində Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Müzəffər Ali Baş Komandan rayon ictimayyətinin nümayəndələri ilə Xocavənd rayonunun işğaldan azad olunması və digər məsələlərlə bağlı fikirlərini bölüşmüşdür.

Bilirsiniz ki, Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında həm hərbi, həm də strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyət kəsb edirdi. Məhz həmin əməliyyatın uğurla başa çatması imkan verdi ki, Azərbaycan Ordusu öz hədəfinə - Qarabağın azad edilməsinə nail oldu. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu  hərbi nöqteyi-nəzərdən götürmək çox mürəkkəb idi.  Bu döyüş Vətən müharibəsinin ən ağır və gərgin keçmiş döyüşlərindən biridir.

Ermənilər digər yaşayış məntəqələrindən fərari kimi qaçdığı halda, Hadrutda güclü müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar. Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, Azərbaycan Ordusu Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcək. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək böyük fədakarlıq və peşəkarlıq tələb edirdi.

28 illik fasilədən sonra biz Hadruta – Xocavəndə qayıtmışıq. Şəhidlərimizin qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq.

Hadrutun işğaldan azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı. Rəsmi İrəvan hesab edirdi ki, Azərbaycan Ordusu Hadrutu heç vaxt azad edə bilməz. Hadrut keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun inzibati mərkəzi idi. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən yaşayış qəsəbələrini işğalçılardan azad etmək Ermənistana göstərdi ki, Ermənistan torpaqlarımızdan çıxmaq haqqında öhdəlik götürməyənə qədər biz dayanmayacağıq.

Rəsmi İrəvan öz xalqına döyüşlər ilə bağlı yalan məlumat versə də sonda məğlub oldu. Hadrutun ətrafında yerləşən bütün dağları işğalçılardan təmizləyəndən sonra aydın oldu ki, qəsəbənin götürülməsi, sadəcə olaraq, müəyyən zaman tələb edir. Ordumuz az itkilərlə qəsəbəni götürməyə nail oldu. Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi isə bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Azərbaycan Ordusu Hadrutda ölkəmizin bayrağını qaldırdı və erməni yalanlarına son qoyuldu.

Yalan ermənilərin ən böyük “silahı” olsa da, 44 günlük müharibənin gedişində qazandığımız Zəfər onların bu “silahını” zərərsizləşdirdi. Bütün dünya bilir ki, Ermənistanın tarixi, keçmişi, dövlətçiliyi və mifologiyası da saxtadır. Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. O vaxta qədər burada erməni yaşamırdı.

Tarixən ermənilarin dövləti olmadığı üçünonları kilsə idarə edirdi. Kilsənin təkidi ilə yaradılan fondlardan biri də Hayastan adlanır. Hayastan, əslində, Ermənistan deməkdir. Ermənilər özlərini hay adlandırırlar, öz ölkəsini Armenia yox, Hayastan adlandırırlar. Bu Hayastan fondu bəlkə də bir neçə milyard pul yığmışdır. Həmçinin Amerikada yaşayan zəngin ermənilər öz xüsusi fondlarını yaradıblar, öz ailə üzvlərinə aid fondlar yaradıblar. Otuz il ərzində bəlkə də ən azı bir neçə milyard pul yığılıbdır və o pulun taleyi məlum deyil. Çünki azad edilmiş bütün yerlərə baxdıqda, hətta erməni əhalinin yaşadığı yerlərə baxdıqda, orada hər hansısa bir inkişafdan əsər-əlaməti görünmür.

Ermənilər Azıx mağarasını da erməniləşdirmək istəmişdilər. Onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar. Azıx mağarasını aşkarlayan da azərbaycanlı arxeoloqlar olmuşlar. O arxeoloqlar böyük tədqiqat işləri aparmışdılar. Ermənilər, sadəcə olaraq, təbliğat üçün dünyanın bir neçə ölkəsindən alimlər gətirərək burada şou yaradırdılar. Mağaraya böyük ziyan vurulub. Tarixi artfaktlar qara bazara çıxarılaraq satılmışdır. Əgər Azıx mağarası ermənilərin idisə nitə onda onlara məxsus qədim arxeoloji abidə nümunələri satılırdı?

Nəzərdə tutmuşuq ki, yaxın gələcəkdə Hadrut beynəlxalq mədənniyyət və turizm mərkəzi olsun. Hadrut işğaldan azad olunmuş bütün digər ərazilər kimi bərpa olunacaqdır. Hadrutun baş planının ilk layihəsi artıq hazırlanıb. Yaxın 1 ay ərzində bizim memarlar, inşaatçılar yeni plan üzərində işləyəcək və həmin plan təsdiq olunacaqdır. Artıq Hadrutun bərpası işlərinə start verildi. Avtomobil yolunun təməli qoyuldu. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası tikiləcək, onun təməli qoyuldu və Hadrutda məscidin tikintisinə də start verildi. Eyni zamanda, artıq yarımstansiya, yol əsas infrastruktur layihələrindən biridir və digər layihələr də icra ediləcək. Hadrutun tarixi hissəsi yenidən qurulacaq. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri və otellər tikilməsi planlaşdırılır.

Xocavənd rayonu kənd təsərrüfatının inkişafı üçün böyük potensiala malikdir. Hadrut qəsəbəsinin və Xocavənd rayonunun inkişafı ilə bağlı əsas istiqamət kənd təsərrüfatı olacaq - bitkiçilik, heyvandarlıq, üzümçülük. Burada üzümçülük üçün hər cür imkan və şərait mövcuddur. Vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olan Hadrut və Martuni rayonları birləşdirilərək Xocavənd rayonu yaradıldı. Keçmiş Martuni rayonunun da təqribən 55-60 faizi işğalçılardan azad edilib və Azərbaycan vətəndaşları o bölgələrə də qayıdacaqlar.

Hadrut qəsəbəsinə baxdıqda hər kəs bir daha görür ki, ermənilər bu torpaqları özləri üçün doğma torpaq saymırdılar. Burada demək olar ki, 30 il ərzində heç nə dəyişilməyib. Bəzi binalarda ümumiyyətlə insan necə yaşaya bilər, böyük sualdır.

2003-cü ildən başlayaraq məcburi köçkünlərlə Prezident İlham Əliyevin davamlı görüşləri təşkil olunurdu. Ötən illər ərzində 100-dən çox şəhərcik inşa edilmişdir. Ancaq bizim əsas məqsədimiz tam qələbəni qazanmaq, Şuşada bayrağımızı qaldırmaq idi. Azərbaycan bu vəzifəyə nail oldu.

Abas Abbaszadə - Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, rayonun fəal gənci

 

Tarix
19 Oktyabr 2021 [09:58]
Müəllif
Üç nöqtə
2021-10-19 09:58:54
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin