"Düz yolda olduğumuzu düşünürəm" - Millinin baş məşqçisi

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya yığmasına qarşı keçirdikləri oyunu dəyərləndirib. 

Ucnoqta.az xəbər verir ki, italiyalı çalışdırıcı 1:3 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında belə danışıb:

“Güclü komandaya qarşı oyunda məğlub olduq. Son dəqiqəyədək mübarizə apardıq. İki komanda arasında fərq böyükdür. Komandamın yaxşı oyun nümayiş etdirdiyini düşünürəm. İnkişaf var. Qısa zamanda komanda yaratmaq asan deyil. Hər şeyi təhlil edirəm, Azərbaycan çempionatını, legioner həyatı yaşayan futbolçuların oyunlarını izləyirəm. Düz yolda olduğumuzu düşünürəm. Seçimimiz elə də geniş deyil. Üstəlik zədəli futbolçularımızın da olması işimizi daha da çətinləşdirir".

Tarix
13 Oktyabr 2021 [15:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-13 15:22:17
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin