Levandovski "Bavariya"dan ayrıla bilər

Polşa millisinin futbolçusu Robert Levandovski Almaniyanın "Bavariya" klubundan ayrıla bilər.

"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu "Borussiya" (Dortmund) komandasında çıxış edən Erlinq Holannın Münhen təmsilçisinə keçidi ilə bağlı yayılan şayiələrdən narazıdır.

Bundan əlavə, təcrübəli forvard klubun onunla yeni müqavilə barədə danışıq aparmamasından da narahatdır. Onun əhval-ruhiyyəsinin dəyişməsini həm komanda yoldaşları, həm də baş məşqçi Yulian Nagelsman hiss edib.

Qeyd edək ki, Robert Levandovskinin "Bavariya" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.

Tarix
13 Oktyabr 2021 [18:00]
Müəllif
Üç nöqtə
2021-10-13 18:00:13
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin