"Bakcell" jurnalistləri mobil telekommunikasiya sahəsinin son trend və yenilikləri ilə tanış edib - Foto/Video

"Bakcell" şirkəti jurnalistlər üçün növbəti dəfə iki günlük seminar təşkil edib.

Şirkətdən Ucnoqta.az-a verilən məlumata görə, hər il təşkil olunan bu ənənəvi seminarın əsas məqsədi jurnalistləri mobil telekommunikasiya sahəsinin əsasları, müasir texnologiyalar, innovasiyalar və son tendensiyalar barədə maarifləndirməkdir. Seminar mobil telekommunikasiya üzrə məlumatlılığın və bu sahədən yazan jurnalistlərin peşəkarlığının artırılmasına xidmət edir.

“Mobil Telekommunikasiya – Son Trendlər və Yeniliklər” mövzusunda keçirilmiş seminara ölkənin bir çox aparıcı media qurumlarını təmsil edən 30-a yaxın jurnalist qatılıb.  Seminarda təlimçi qismində Bakcell və digər telekommunikasiya şirkətlərini təmsil edən Azərbaycanın aparıcı telekommunikasiya ekspertləri çıxış edib.  Tədbir zamanı “Post COVID dövründə İT, Telekomda və istehlakçı davranışında trendlər”, “Mobil şəbəkənin inkişafı və dövlət əhəmiyyətli tədbirlərdə şəbəkə dayanıqlığını təmin etmək üçün görülən işlər”, “Pandemiyanın müştəri xidməti sektoruna təsiri və rəqəmsallaşma tendensiyaları”, “Data mərkəzlərinin telekommunikasiyada rolu”, “VoLTE texnologiyasının inkişafı” və “Smart şəhərlər və onların qurulmasında telekommunikasiya sənayesinin rolu” mövzuları üzrə interaktiv sessiyalar keçirilib.

Faydalı məruzə və təqdimatlarla yadda qalmış seminar zamanı təlimçilər jurnalistlərin telekommunikasiya sənayesi və yeni texnologiyalara aid suallarını cavablandırıb, onlarla fikir mübadilələri və müzakirələr aparıblar.

Tarix
13 Oktyabr 2021 [12:15]
Müəllif
Üç nöqtə
2021-10-13 12:15:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin